Həbsdə olan güneyli aktivistlərə dəstək məqsədi ilə Ərdəbil şəhərində poster yapışdırılıb

by Samir Asadli

Güneyli aktivistlərin şəkillərini əks etdirən posterlər Ərdəbilin keçidlərində yapışdırılamqla, azadlığa buraxılmaları tələb olunub.

Yürüş Mehrəlibəyli, İbrahim Rəşidi (Savalan) və Milad Cəlilinin birgə posterlərində onların və sair həbsdə olan Azərbaycanın milli aktivistlərinə azadlıq tələb olunub.

Həmçinin İranın şovinist hakimiyyətinə xitabən irqçi hakimiyyətin Azərbaycana qarşı çirkin oyunlarının unudulmayacağı qeyd olunmaqla, fars şövnizminin zülmündən əsas qurtuluş yolunun Milli Hökumətin qurulması olduğu vurğulanıb.

Xatırladaq ki, mühəndis Yürüş Mehrəlibəyli paylaşdığı videoda Güney Azərbaycan barədə siyasi düşüncəsini ifadə etdiyinə görə əleyhinə iş açılaraq 70 gündür həbsdə saxlanılır.

İbrahim Rəşidi (Savalan) müxtəlif məqalələri ilə güneylilərə kimlik aşıladığı səbəbindən saxlanılaraq Ərdəbilin Mərkəzi Həbsxanasına köçürülüb.

Repçi Milad Cəlili isə həbsdə olan güneyli aktivistləri dəstəkləmək məqsədi ilə rep musiqisi icra etdiyinə görə həbs olunub.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK