Həbsdə olan güneyli fəal Zeynəb Həmrəng qeyri-müəyyən vəziyyətdə saxlanılır

by Samir Asadli

Əslən Güney Azərbaycanın Muğan bölgəsinin Parsabad şəhərindən olan fəal Zeynəb Həmrəng Evin həbsxanasının 209-cu bölməsində qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Martın 12-də Tehranda yerləşən şəxsi mənzilində təhlükəsizlik məmurları tərəfindəm həbs edilən fəalın nədə ittiham olunduğu barədə açıqlama verilmir.

Ailə üzvlərinin bildirdiyinə görə, Həmrəng yaxınları ilə əlaqə saxlamaq və vəkillə təmin olunmaq hüququndan məhrum edilib.

Qeyd edək ki, müəllimlərin sinfi təşkilatında fəal üzvlərdən biri olan Zeynəb Həmrəng təhsil işçilərinin hüquqlarının qorunması tələbi ilə etiraz aksiyalarına qatıldığı üçün bundan əvvəl də saxlanılıb.

Həmrəng 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində səfəri zamanı təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Güneyli müəllim “ölkənin təhlükəsizliyinə qarşı aksiya toplaşmaq və əlbir olmaq” ittihamına görə 5 il, “hökumətə qarşı təbliğat” ittihamına görə isə 1 il həbs cəzasına məhkum edilib.

O, 2022-ci il oktyabrın sonlarında şərti azadlığa buraxılıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK