Tehranın Evin həbsxanasında saxlanılan müəllim və ictimai fəal Cəfər İbrahiminin səhhəti ağırlaşıb.
Axar.az xəbər verir ki, bu barədə Müəllimlərin Həmkarlar İttifaqı Koordinasiya Şurası məlumat yayıb.
Onun bağırsaq iltihabından əziyyət çəkdiyi, həbsxana rəhbərliyinin müalicəsinə icazə vermədiyi üçün həyatının təhlükədə olduğu bildirilir.
Qeyd edək ki, Cəfər İbrahimi İran Müəllimlər Birliyinin 2022-ci il 1 maya təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün öncə, aprelin 30-da Rəsul Budaği, Ələkbər Bağati və Məhəmməd Həbibi ilə birgə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
O, “əlbir olmaq və toplaşmaq”, “hökumət əleyhinə təbliğat” ittihamlarına görə 5 il azadlıqdan məhrum edilib.