Həbsdə olan milli fəalın durumu ağırlaşıb

by Samir Asadli

Tehranın Evin həbsxanasının 209-cu bölməsində saxlanılan güneyli milli fəal Mahmud Ocaqlunun sağlıq durumu ağırdır.

Bu barədə ƏRK-Azərbaycan İnsan haqları Cəmiyyəti məlumat yayıb.

Məlumatda bundan bir neçə gün əvvələ kimi təcridxanada saxlanılan fəalın 15 günlük aclıq aksiyası keçirdiyinə görə, sağlamlığında ciddi problemlərin yarandığı bildirilir.

Mahmud Ocaqlu 11 dekabr 2022-ci ildə Tehran şəhərindəki iş yerində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Ona qarşı “hökumətə qarşı təbliat” və “ölkənin təhlükəsizliyinə xələl gətirmək məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamları irəli sürülüb.

Qeyd edək ki, Mahmud Ocaqlu ana dili hərəkatının fəallarındandır və 2014-cü ildə də ana dili ilə bağlı mədəni fəaliyyətinə görə həbs edilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK