Həbsdə olan Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi müvəqqəti azad edilib

by Samir Asadli

Həbsdə olan Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi təcili tibbi yardımdan sonra 3 həftəlik müvəqqəti azadlığa buraxılıb. Bu barədə məlumatı onun vəkili verib.

Vəkil Mostafa Nil bildirib ki, əməliyyat nəticəsində N.Məhəmmədinin fiziki vəziyyəti pisləşib: “O, 21 gün əvvəl bədənindəki şişin götürülməsi və sümük köçürülməsi əməliyyatı keçirib”. AzadlıqRadiosu “Fərda” xidmətinin qaynaqları 52 yaşlı Nərgiz Məhəmmədinin sərbəst buraxıldığını təsdiqləyib.

Etnik azərbaycanlı olan Nərgiz Məhəmmədi “təbliğat yaymaq” ittihamı ilə 12 il həbs cəzası alıb, amma özü və ailəsi bu ittihamı rədd edirlər. Məhəmmədi son 20 ilinin bir hissəsini həbsxanada keçirib. Daha ətraflı şərhdəki linkdən oxuyun.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK