Həbsdəki Güneyli milli fəallar işgəncəyə məruz qalıblar

by Samir Asadli

Hazırda Tehranın Evin həbsxanasının 209 saylı təhlükəsizlik bölməsində saxlanılan millim fəallar Ayaz Seyfxah və Araz Amana işgəncə verilib.

Bu barədə adı çəkilən fəalların ailə üzvləri məlumat verib.

Onların sözlərinə görə, təhlüksizlik məmurları fəallardan məcburi etiraf almaq üçün onlara qarşı fiziki güc tətbiq ediblər.

“Araz Amanın dişləri qırılıb, Ayaz Seyfxah isə sol ayağından ağır zədə aldığına görə yeriməkdə çətinlik çəkir”,- məlumatda qeyd edilib.

Bununla yanaşı hər iki məhbusun başqa məhkumlardan təcrid olunduğu və təkadamlıq kameralarda saxlanıldığı bildirilib.

Qeyd edək ki, təhlükəsizlik məmurları Araz Aman və Ayaz Seyfxahı fevralın 6 və 8-də Təbrizdə həbs ediblər.

Fəallar Təbrizin bir neçə gün təhlükəsizlik təcridxanasında dindirildikdən sonra Tehranın Evin həbsxanasına köçürülüblər.

Martın 6-da isə Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah həbs edilib.

Onun Ayaz Seyfxaha təzyiq göstərmək və saxta etiraf verməyə məcbur edilməsi üçün saxlanıldığı bildirilir.

Adı çəkilən fəalların həbs səbəbi və nədə ittiham olunduqları barədə məlumat verilmir.

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK