Həbsdən buraxılan təbrizli gənc intihar edib

by Samir Asadli

2022-ci ilin sentyabr aynda başlayan etiraz aksiyalarında həbs edilərək barəsində 5 il azadlıqdan məhrumetmə qərarı çıxarılan təbrizli gənc Əşkan Bəluc intihar edib.

Bildirilib ki, girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılan təbrizli gənc dekabrın 21-də polis bölməsinə çağrıldıqdan sonra həyatına son qoyub.

İnsan haqları fəalları Əşkan Bəlucun ölümünün şübhəli olduğunu yazıblar.

Qeyd edək ki, ötən ilin etiraz aksiyalarında həbs edilən onlarla fəal, o cümlədən azərbaycanlı gənclər Məryəm Arvin, Möhsün Cəfərirad, Arşiya İmamquluzadə,Yəlda Ağafəzli, Həsti Hüseynpənahi və başqaları həbsxanadan çıxdıqdan sonra intihar ediblər.

İnsan haqları təşkilatları və hüquq müdafiəçiləri onların həbsxanalarda ağır fiziki-psixi işgəncələrə məruz qaldıqlarını, bəzi məhbuslara qarşı cinsi zorakılq edildiyini qeyd ediblər.

Beynəlxalq Əfv Təşkilatının 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyaları zamanı hakimiyyətin nümayişçilərə qarşı repressiyaları, həbsxanalarda zorakılıq faktlarını əks etdirən son hesabatında bu barədə qeyd edilib.

12 kişi, 26 qadın və 7 yeniyetmənin etiraflarının yer aldığı hesabat 155 səhifədən ibarətdir.

Zərərçəkənlər SEPAH, “Bəsic” üzvləri, təhlükəsizlik məmurları, xüsusi təyinatlı polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldıqlarını deyiblər.

Bununla yanaşı, məhkumlara psixatrop dərmanlar verildiyi, tərkibi məlum olmayan iynələr vurulduğu, elektrik cərəyanı verildiyi, saxta etiraf almaq üçün günlərlə ac və susuz saxlanıldığı qeyd edilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK