Fevralın 14-də bir qrup mədəni fəal həbsdən yeni çıxmış ana dili hərəkatı fəalları Əkbər Nəimi və Əlirza Fərşi ilə görüş keçiriblər.
Qeyd edək ki, fevralın 12-də Evin həbsxanasından sərbəst buraxılan Əkbər Nəimi 2021-ci il iyunun 19-da Təbrizdə həbs edilib və “qanunsuz qrupa üzv olmaq”, “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “rejimin müxalif qruplarının xeyrinə təbliğat aparmaq”da ittiham olunub.
Nəimi, “Evrin” və “Yarpaq” kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların təsisçilərindən və hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan “Günəbaxan” dərnəyinin qurucularından biri olub.
Əlirza Fərşi isə ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə, 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.
O, fevralın 8-də Tehranın Evin həbsxanasından buraxılsa da, barəsində çıxarılan iki il sürgün cəzası qüvvədə saxlanılıb.