Tehranda yaşayan bir qrup azərbaycanlı mədəni fəal fevralın 12-də 19 ay həbs cəzasından sonra azad edilmiş ana dili hərəkatı fəalı Əkbər Nəimi ilə görüşüblər.
2021-ci il iyunun 19-da Təbrizdə həbs edilən Əkbər Nəimi “qanunsuz qrupa üzv olmaq”, “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “rejimin müxalif qruplarının xeyrinə təbliğat aparmaq”da ittiham olunub.
Nəimi, “Evrin” və “Yarpaq” kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların təsisçilərindən və hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan “Günəbaxan” dərnəyinin qurucularından biri olub.