Həbsdən çıxan milli fəal Ruzbeh Piri ilə görüş keçirilib

by Samir Asadli

Fevralın 19-da bir qrup urmulu mədəni fəal Təbrizdə fevralın 10-da həbsdən çıxan milli-mədəni fəal Ruzbeh Piri ilə görüş keçiriblər.

Görüşdə mədəni fəallar ana dili məsələsini, Qərbi Azərbaycan əyalətindəki durumu və Xoy zəlzələsindən zərər çəkənlərə yardım yolları barədə danışıblar.

Qeyd edək ki, İslam Azad Universitetinin Təbriz filialını proqram təminatı ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirən Ruzbeh Piri fevralın 12-də saxlanılıb.

İran hökumətinin təhlükəsizlik məmurları onun Təbrizdəki ata evinə basqın edib və fəalı özləri ilə aparıblar.

Sonradan R.Pirinin bundan öncə “hökumətə müxalif qruplara üzvlük” ittihamına görə məhkum olunduğu 3 il 8 ay həbs cəzasını çəkmək üçün Təbrizin mərkəzi zindanına köçürüldüyü bəlli olub.

“Təbriz” tələbə jurnalının baş redaktoru, Müstəqil Tələbələrin İslam Cəmiyyəti təşkilatının qurucularından biri və “Sultan Məhəmməd Fateh” kitabının tərcüməçisi olan Ruzbeh Piri bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs cəzasına məhkum edilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK