Sentyabrın 17-i günortadan sonra Həmədan şəhərinin Buəli bölgəsində qruplar halında toplaşan gənclər hakimiyyət əleyhinə şüarlar səsləndiriblər.
Hökumət məmurları daha çox “ölüm olsun islam respublikasına!” şüarları səsləndirən gənclərə hücum edib, etirazçıları dağıtmaq üçün atəş açıblar.
Videolarda atəş səsləri eşidilsə də, havaya atəş açıldığı və ya gənclərin hədəf alındığı bilinmir.
Bir sıra mənbələr gənclərlə xüsusi təyinatlı qüvvələr arasında qarşıdurma olduğunu və etirazçılara bir başa atəş açıldığını bildirirlər.
Qeyd edək ki, Həmədanla yanaşı, başqa bir neçə şəhərdə də aksiyalar keçirilib.
Hökumət qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib, havaya atəş açıblar.