Güney Azərbaycanın Həmədan şəhərinin Bu Əli Sina Universitetinin Mədəniyyət və Siyasət Dərnəyinin keçmiş katibi, müəllim Əhməd Rəisi həbs edilib.
Bundan öncədə mədəni fəaliyyətlərinə görə saxlanılan azərbaycanlı müəllimin həbs səbəbi və hara aparıldığı barədə heç bir açıqlama verilməyib.