Mikayıl Azaflı-100
Mikayıl Azaflı adı gələndə ilk yada düşən “Qoca qartal” şeiri olur. Onun qoşma və gəraylıları sanki sazın boyuna biçilib, insanın ruhunu pərdə-pərdə dindirir:
Qoca qaral, nə gəzirsən,
Dağlar qoynunda,qoynunda
Bala gördüm anasının
Ağlar qoynunda ,qoynunda.
Niyə qəlbin qaralıbdı,
Gül üstünü xar alıbdı
Şamamalar saralıbdı
Tağlar qoynunda, qoynunda.
Bu şeirin yaranma tarixi uzun illərə gedib çıxsa da, təravətini qoruyub saxlayır. Necə deyərlər, “Qoca qartal” bilmir, qocalmaq aşıqların diləzbərindən düşmür.
Mikayıl Azaflının yaradıcılığına yaxından bələd olduqda, sənət yolu, vətəndaş qayəsi və şeirlərinin mövzuları haqqında geniş təsəvvür yaranır. Onun yaradıcılığı çox adi görünən həyat həqiqətlərindən ibarətdir. Şeirlərinin məna tutumu dərin və obrazlı, ifadə vasitələri əlvandır. Bu səbəbdən yaradıcılığına indi də şeir-sənət adamları çox müraciət edirlər.
1924-cü ildə sazın-sözün beşiyi Tovuzun Aza ı kəndində dünyaya göz açan Mikayıl kiçik yaşlarından “Coşğun” təxəllüsü ilə şeirlər yazıb. Daha sonra doğma kəndinin adını təxəllüs götürüb. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının haqlı olaraq qeyd etdiyi kimi, Azaflı aşıq poeziyasının bütün şəkillərində əsl sənət nümunələri yaradıb. O, klassik aşıq ənənələrini layiqincə davam etdirən sənətkarlardandır. Mikayıl Azaflının özünün bəstələdiyi “Azaflı dübeyti”, “Azaflı gözəlləməsi”, “Azaflı sənəti”, “Azaflı dünyası”, “Azaflı gəraylısı”, “Azaflı himni”, “Mikayılı”, “Azaflı dağları”, “Azaflı bəhri”, “Məzahiri”, “Azaflı müxəmməsi”, “Şah sarayı” kimi saz havaları məclislərin bəzəyidir.
Onun barmaqları sazın pərdələrində tüğyan edirdi. Aşıq havalarını özünəməxsus oxuyurdu. Qüdrətli sənətkar aşıq şeir şəkillərinin müxtəlif formalarında yazdığı şeir nümunələri ilə də sevilə-sevilə geniş şöhrət tapıb. Bu da ustad şair-aşığın kamilliyinin göstəricisidir. amanında Mikayıl Azaflının musiqi istedadına yüksək dəyər verilib: Ümumittifaq Musiqi Cəmiyyətinin Rəyasət Heyətinə üzv seçilib. O, dəfələrlə Moskvaya dəvət edilib, orada keçirilən festivallarda medallarla təltif olunub.
Mən onu həyatda görmüşdüm. Aşıqların IV qurultayındakı (1984-cü il) çıxışı yaxşı yadımdadır. O, aşıq sənətinin incliklərindən, aşıqların problemlərindən və qarşıda duran vəzifələrdən sənət yanğısı ilə danışdı. Onun irad və təkli əri qurultayda böyük coşqu ilə qəbul olundu. yni zamanda o, qurultayda Azərbaycan Aşıqlar Birliyinin sədr müavini seçildi. Məğrur görkəmi qürurdan qanad bağlayan, zirvə ucalığına boylanan qartal təsiri bağışlayırdı. Canındakı sənət eşqini, el-oba sevdasını ömrünün sonunadək qoruyub saxlaya bildi.
Mikayıl Azaflının ürəyi dürlü söz məmləkəti idi. Aşığın söz cəfasından, saz səfasından yaranmış bir məmləkət… Saz-söz dünyasında onun öz yeri var. O, özünün sazı-sözü ilə sənətin zirvəsinə ucalıb.
Sənətdə və həyatda da bir el ağsaqqalı kimi qəbul olunub. Təmkinli, sözü ötkəm. əyatın dolaylarında şən günləri də olub, sinəsinə dağ çəkilən günləri də Məhbəs həyatı da yaşayıb. “Zindan şeirləri”ndə haqsız yerə doğmalarından neçə il ayrı düşdüyündən söz açıb, çətinliklər qaynağında bərkiyib, mətinləşib. Həyatın bütün sınaqlarından ləyaqətlə çıxıb.
Azaflı nə desin belə dünyaya,
Olubdur qanunlar tələ dünyaya.
Tarix söylədi ki, hələ dünyaya
Bir doğru ədalət, divan gəlməyib.
Mikayıl Azaflının təbi rəvan, mövzu dairəsi geniş və rəngarəngdir. Şeirlərində xalq ruhu, el-oba duyğuları dərin ifadə olunub. Bir-birindən təravətli gəraylıları, qoşmaları, müxəmməsləri, divaniləri, deyişmələri və s. sənət nümunələri var. Professor Qəzənfər Paşayev qeyd edir ki, Mikayıl Azaflı böyük coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıq idi. O, təkcə aşıq sənətini kamil bilməyi ilə deyil, eləcə də şairlik təbinə malik olmağı ilə seçilirdi.
Onun rəhbərliyi ilə Tovuz aşıq məktəbinin görkəmli nümayəndələrinin ifasında “Koroğlu” dastanının qolları lentə alınıb, vala köçürülüb. O cümlədən, “Koroğlunun Dərbənd səfəri” (Mikayıl Azaflı), “Durna teli” (Əkbər Cəfərov), “Toqat səfəri (Mahmud Məmmədov) və “Koroğlu və Bolu bəy” (Əlixan Niftalıyev) qolları böyük sənətkarlıqla ifa olunub və lentə alınıb.
Mikayıl Azaflı Novruz bayramı şənliklərində xalqımızın müdrik qəhrəmanı Dədə Qorqud obrazını da ustalıqla yaradıb. Onun aşıq sənətimiz və incəsənətimiz sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Əməkdar mədəniyyət işçisi” fəxri adına layıq görülüb. Ölümündən sonra Tovuz şəhərində bir küçəyə aşığın adı verilıb və Azaflı kəndində oxuduğu məktəbin önündə büstü qoyulub.
Azaflı Mikayıl ömrünün 66-cı baharında dünyasını dəyişib. Bu günlərdə böyük sənətkarın 100 yaşını doğmaları və pərəstişkarları qədirbilənliklə qeyd edirlər. Azaflı ocağının övladları Dilarə, Minayə, Gülarə və Hakim Azaflılar, ustadın nəvələri Roman Hakimoğlu və Məhsəti Azaflı da saz-söz xiridarlarıdır. Doğum günü atası ilə eyni olan, 65 yaşlı Gülarə Azaflıya yubiley ərəfəsində zəng edib təbriklərimi çatdırdım. Çox sevindi.
Həzi Həsənli