Əli Xaməneinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbilin cümə imamı Seyid Həsən Amulinin Təbrizə cümə imamı göndəriləcəyi barədə məlumat ərdəbillilərin sevinci, təbrizlilərin narazılığı ilə qarşılanıb.
Sosial media kanallarındakı paylaşımlara əsasən, ərdəbillilər xəbəri sevinclə, təbrizlilər isə narazılıqla qarşılayıblar.
Ərdəbilli sosial media fəalları Həsən Amulinin Azərbaycan Respublikası və azərbaycanlılara qarşı münasibətlərinə görə, onun Azərbaycanın tarixi şəhərindən uzaqlaşdırılacağından məmnunluqlarını ifadə ediblər.
Əks tərəfdə isə təbrizlilər həmin səbəblərə görə, Amulinin Azərbaycanın tarixi paytaxtında vəzifəyə gətiriləcəyindən narahatlıq və məyusluqlarını ifadə edən paylaşımlar ediblər.
Rəsmi dövlət qurumları əyalət mollasının Təbrizə gətiriləcəyi barədə xəbərlərə rəsmi açıqlama verməyiblər.