Heris rayonu Cığa kəndində “Çömçə Xatın” ənənəsi

by Samir Asadli

“Çömçə Xatın” Tanrıdan yağış yağıdırma istmək üçün keçirilən ənənədir.

Bu folklor Güney Azərbaycanın Şərqi Azərbaycan Əyalətinin çox yerlərində, o cmülədən Heris rayonunda, həmçinin Azərbaycan türkləri yaşayan bütün bölgələrdə başqa formada dəbdədir.

Ənənə başlayarkən kəndin yaxşılıqda tanınan və adətən ağbirçək bir qadını ağacdan olan iri bir çömçəni götürərək kənddə qapı-qapı gəzir. Həmçinin çevrəsinə yığşaraq onu 10 yaşdan az uşaqlar müşayiət edir.

Ev sahibi qapını açarkən Xatın bu qoşmanı oxuyur:

“Çömçə Xatın nə istər, Allahdan yağış istər,
Əli-qolu xəmirdə, Bircə qaşıq su istər.”.

Adətən ev sahibi kimi bir qadın çömçəyə biraz su tökür. Xatın çömçədəki suyu başının üstündən götə sarı tullayır.

Bu halda su uşaqların üzlərinə, üstlərinə tökülür və əllərində olan iki daşı xüsusi ritmlə birbirinə vurub oxuyurlar:

“Çax daşı çaxmaq daşı, Yandı ürəyim başı,
Pir dağının buludu, Kasibların umudu,
Allah bir yağış göndər, Arpa-buğda qurudu.”

“Çömçə Xatın” ənənəsi xalqımızın gözəl və ürək oxşyan folklorlarına bir nümunədir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK