“Hökumət əhalini zəruri ərzaq malları ilə təmin edə bilmir”-İranlı deputat

by Samir Asadli

Qərbi Azərbaycan əyalətinin İran parlamentindəki nümayəndəsi və Kənd Təsərrüfatı Komissiyasının üzvü Calal Mahmudzadə çötək qıtlığından danışıb və hökumətin siyasətini tənqid edib.

O, hökumətin əhalini bir sıra ərzaq malları ilə təmin edə bilmədiyini deyib.

Millət vəkili İranın “Cəmaran” saytına bu barədə açıqlama verib.

“Hökumət artıq əhalini çörək və yumurta kimi vacib mallarlla təmin etməkdə və qiymətləri tənzimlənməkdə aciz qalıb”,- millət vəkili belə deyib.

Qeyd edək ki, neçə gün əvvəl Urmiya şəhərinin İran parlamentindəki nümayəndəsi Salman Zakir də oxşar bəyanat səsləndirib, ölkədə un və çörək qıtlığının hökm sürdüyün söyləyib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK