İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub.
“Qəzaya uğrayan helikopterin yeri aşkar ediləndən sonra sərnişinlərin sağ qalmasına dair heç bir əlamət aşkar edilməyib”, – deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl Pirhüseyn Kulivənd İran Dövlət Televiziyasına açıqlamasında helikopterin qalıqlarının tapıldığını bildirib.
Rəisinin helikopterindən həlakolanların tam siyahısı açıqlandı
İbrahim Rəisini daşıyan helikopterdə həlak olan 9 nəfərin siyahısı yayılıb.
Bu barədə İran mediası məlumat yayıb.
Həlak olanlar:
1- İbrahim Rəisi
2- Məhəmmədəli Ali Haşim (Təbrizin cümə imamı)
3- Hüsey Əmir Abdullahian (XİN başçısı)
4- Malik Rəhməti (Şərqi Azərbaycan valisi)
5- Mehdi Musəvi (Rəisinin mühafizə xidmətinin rəhbəri)
6- SEPAH-ın Ənsar-əl Mehdi Qərargahının üzvü (adı açıqlanmır)
7- Polkovnik Seyid Tahir Müstəvəvi (pilot)
8- Polkovnik Möhsün Dəryanuş (pilot köməkçisi)
9- Behruz Qədimi (texniki mayor)