İçərişəhərdə iyunun 24 və 25-də Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyası və İçərişəhər DTMQ İdarəsinin dəstəyi ilə muğam marafonu baş tutacaq.
Muğamların canlı ifası eyni zamanda internet vasitəsilə də canlı yayımlanacaq.
Marafon iyunun 24-də saat 12:00-da başlayacaq. Giriş sərbəstdir. (report)