Ərdəbil şəhərində yaşayan ictimai fəal və “Traxtur” komandasının tərəfdarlarının liderlərindən olan Abdullah Ənsari məhkəməyə çağırlıb.
Ona məhkəmənin onlayn sistemi vasitəsilə göndərilən çağırış məktubunda bu gün -20 dekabrda Təbriz İnqilab Məhkəməsinin 1-ci bölməsinə getməyi istənilib.
Ənsariyə qarşı “ölkənin daxili və xarici təhlükəsizliyinə zərbə vurmaq üçün toplaşmaq və əlbir olmaq” və “hakimiyyətə qarşı təbliğat” ittihamları irəli sürülüb.
Abdullah Ənsari 16 avqustda Təbrizdə “Səhənd” stadionu qarşısında həbs edilib.
Başqa bir neçə “Traxtur” tərəfdarı ilə təcridxanaya köçürülüb və avqustun 18-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.