İdmançımızın döyüşü Nyu Yorkda tarixə düşdü – Foto

by Samir Asadli

ABŞ-da yaşayan və qarışıq döyüş növündə (MMA) UFC-də (Mütləq Döyüş Çempionatı) Azərbaycanı təmsil edən həmyerlimiz Nazim Sadıqov NyuYorkda tarixi döyüşə imza atıb.

Axar.az Report-a istinadən xəbər verir ki, Nyu York şəhərində “Madison Square Garden”da keçirilən üç raundluq oyunda N.Sadıqov rəqibi rusiyalı idmançı Borşev Vyaçeslavlə üz-üzə gəlib.

İlk raundda 29 yaşlı N.Sadıqov ağır zərbələrlə rəqibini bir neçə dəqiqəlik nokdaun edib. Üçüncü raundda rusiyalı döyüşçü xüsusi fəndlə yarışda üstünlük əldə edib.

Sonda hakimlər döyüşün nəticəsini heç-heçə elan ediblər və yarışın qalibi olmayıb.

Gərgin mübarizə şəraitində keçən oyunun sonunda hər iki idmançı qarşılıqlı “Tərəkəmə” rəqsi oynayıblar. İdmançıların rəqsləri böyük maraqla izlənib. “Gecənin döyüşü”(“Fight of the night”) adı verilən yarış UFC-nin “ən yaxşı şou”su elan olunub 50 000 ABŞ dolları gəlir əldə edib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK