İnsan haqları üzrə təşkilat güneyli məhbuslara işkəncə verildiyini qınayıb

by Samir Asadli

Azərbaycanın Siyasi Məhsbularını Müdafiə Assosiyasiyası (ADAPP) aldığı məlumata əsasən güneyli siyasi məhbuslara işkəncə verildiyini qınayıb.

Təbrizin Təhlükəsizlik İdarəsindən müvəqqəti sərbəst buraxılmış şəxslərin ifadələrinə istinadən Güney Azərbaycan aktivistləri Cavad Sudbər, Əli Babi və Ayət (Yürüş) Mehrləlibəyliyə məmurlar tərəfindən işkənəcə olunub.

Onlar işkəncə nəticəsində Əli Babainin başının yaralandığı və Cavab Sudbərin dişlərinin qırıldığını, həmçinin Yürüş Mehrəlibəylinin hər gün döyüldüyünü deyiblər.

ADAPP-ın rəsmiləri bildiriblər ki, müvəqqəi sərbəst buraxılmış güneyli aktivistlərin bədənləri üzrləində işkəcə izləri, o cümlədən sərbəst buraxılmış Davud Şirinin bədənində kabellə döyülmə və elektrik Şoker izlərini müşahidə ediblər.

Məmurlar işkəncə izləri itsin deyə məhbusları bir neçə gün daha çox həbsdə saxlayıblar. Mehrəlibəylinin ailəsi quruma bildirb ki, onun saxlanılmasından ancaq 6 gün sonra ailəsi ilə 30 saniyə əlaqə saxlamağa icazə verilib.

Lakin 1 aydan artıqdır ki, əlaqə saxlamasına daha icazə verilməyib.

ADAPP bu barədə bayanat yayıb: “ADAPP İranın təhlükəsizlik və məhkəmə sisteminin məhbuslardan etiraf almaq üçün işkəncə vasitəlrindən istifadə etməsini qınayır.
İran hakimiyyəti işkəncələri dayandırmalı və onlara ailələri ilə təmas hüququnu təmin etməlidir.

Azərbaycanlı (güneyli) məhbuslar ancaq etnik kimliklərini müdafiə və demokratiya uğrunda mübarizə etdiklərinə görə saxlanılıblar.

Hakimiyyət onları heç bir qeyd və şərt qoymadan sərbəst buraxmalıdır.”.

Azərbaycanın Siyasi Məhsbularını Müdafiə Assosiyasiyası (ADAPP)
Assosiyasiyanın müdiri: Yaşar Həkkakpur
11 Dekabr 2023-cü il, Torento-Kanada,

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK