İran məsələsi ilə məşğul olmaq ABŞ-ın əsas problemlərindən biridir.
Bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Cim Riş deyib.
“Amerikanın uzun illər ərzində İrana qarşı davamlı olaraq dəyişkən yanaşması İranı daha cəsarətli edib. Lakin artıq ABŞ-ın İrana qarşı daha əhatəli və nüvə danışıqlarından kənar strategiyaya malik olmasının vaxtı yetişib”, – o bildirib.