İran adlanan yerdə bəluçlara qarşı repressiya güclənib

by Samir Asadli

beluclarSon 3 gün ərzində Zahidanda ən azı 70 bəluç vətəndaşın saxta ittihamlarla həbs edilib.

Bu barədə keçmiş siyasi məhbus və bəluç media fəalı Məhəmməd Sabir Malik Rəisi “Twitter” hesabında yazıb.

Malik Rəisi eləcə də, Zahedanda həbslərin artdığını və “hərbi idarəetmə” rejimi yaradıldığını bildirib.

“İstənilən yerdə iki nəfərdən çox adamın toplanması həbsə bərabərdir”,-deyə, o qeyd edib.

Zahidanın şəhər sakinləri üçün böyük bir həbsxanaya çevrildiyini bildirən fəal yanvarın 1-i axşam saatlarından başlayaraq, ETTELAAT və SEPAH kəşfiyyatının hücumu nəticəsində şəhərin müxtəlif bölgələrində çoxlu bəluç gəncin saxlanılaraq naməlum yerlərə aparıldıqlarını yazıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK