İranda İnqilab Məhkəməsi etirazlar zamanı İsfahan şəhərində 3 təhlükəsizlik əməkdaşının ölümünə səbəb olan şəxslər haqqında hökm çıxarıb.
İran Məhkəmə Sisteminin verdiyi açıqlamaya görə, həbs olunan şəxslərdən 3 nəfər haqqında məhkəmə edam hökmü çıxarıb. Edama məhkum olmuş şəxslər Saleh Mirhaşimi, Məcid Kazimi və Səid Yəqubidir.
Məhkəmə digər 3 nəfər haqqında həbs qərarı çıxarıb.