İran adlanan yerdə onlarla jurnalist həbsdədir

by Samir Asadli

randa-onlarla-jurnalist-h-bsd-dir-0-1672910049İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda davam edən 110 günlük etiraz aksiyaları zamanı 73 jurnalist həbs edilib.

Həbs edilən media işçilərinin 38-i jurnalist, 25-i əyalət müxbirləri və 10 nəfəri isə fotojurnalistlərdir.

Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən “Şərq” qəzetinin əməkdaşlarının da adı var.

Bir neçə gün bundan öncə Jurnalistləri Müdafiə Komitəsi bəyanat yayaraq  Tehran rejiminin onlarla jurnalisi peşə fəaliyyətinə görə həbs etməsini pisləyib.

“Jurnalistlərin Müdafiəsi Komitəsi” illik hesabatında bildirib ki, İran jurnalistlərin ən çox həbs olunduğu ölkələr siyahısında birinci yeri tutur.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK