Güney Azərbaycan Milli Müqavimət Cəbhəsi Cənubi Azərbaycanın bütün şəhərlərində divarlara posterlər yapışdırmağa başlayıb.
Şair və yazıçı, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruzun verdiyi məlumata görə, partizan cəbhəsi İran dövlətinə son fürsəti verib.
“Azərbaycan dili, Urmiya gölünün qurudulması və s. məsələlərlə bağlı. Əgər son fürsətdə İran dövləti Azərbaycan xalqının maraqlarını təmin etməsə, Cənubi Azərbaycanda kütləvi şəkildə etirazlara start veriləcək”, – S.Aruz bildirib.