İranın futbol klublarına Asiya Çempionlar Liqasında iştirak etmək üçün lisenziya verilməyə bilər.
“Əvvəllər klublar qadağa riski ilə üzləşirdi, bundan sonra peşəkarlıq lisenziyaları sənədlərinin saxtalaşdırılması ilə bağlı hər hansı qayda pozuntusu müşahidə olunarsa, klublarla yanaşı, futbol federasiyasının da fəaliyyəti 3 il müddətinə dayandırılacaq”, -deyə, Mehdi Tac bildirib.
Qeyd edək ki, Tehranın “İstiqlal” və “Persepolis” klublarının peşəkar lisenziya maddələri ilə bağlı saxta sənədlər təqdim etdiyinə görə iki il əvvəl Asiya Futbol Konfederasiyası tərəfindən fəaliyyəti dayandırılmış və bu qadağa son günlər aradan qaldırılmışdır.