İranın dini-şovenist hakimiyyətinin Güney Azərbaycana qarşı assimilyasiya siyasətinin davamında bir sıra yeni coğrafi məkanların adları dəyişdirilib.
Nazir məktubda nazirlər kabinetinin bir sıra coğrafi adlarının dəyişdiriməsi barədə qərarını əyalətin valisi Məhməmməd Sadıq Mötəmidiana bildirib.
Qərara əsasən Güney Azərbaycanın Qərbi Azərbaycan Əyalətində yerləşən Təzə Kənd şəhərinin adı Taxt Süleyman , həmçinin Çaybasar qəsəbəsinin Pezi kəndinin adı “Pezik” , habelə Çarıq qəsəbəsinin Zola və Behik kəndlərinin adları birləşdirilməklə Zolabehik olaraq dəyişdirilib.
Xatırladaq ki, İranın keçmiş Kralıq və davamında indiki dini-şovenist hakimiyyəti Qacarlar sülaləsini devirəndən sonra Güney Azərbaycana qarşı coğrafi, sosial, iqtisadi və sair assimilyasiya siyasətini yürüdür.
Bu istiqamətdə, o cümlədən Ocan şəhərinin adı Bostanabad, Xiyav şəhərinin Meşginşəhr, Qardağ bölgəsinin Ərəsbaran, Tikantəpə şəhərinin adı Tikab, Qoşaçay şəhərinin adı Mianduab adına dəyişdirilib. Bunlardan başqa, Güney Azərbaycanda yüzlərlə dəyişdirilmiş yer adlarını vurğulamaq olar.