İran hökuməti Zəncan əyalətinin Elm və Texnologiyalar Parkının rəhbəri Əli Azərpeyvənd işdən qovulub.

by Samir Asadli

İran hökuməti Zəngan əyalətinin  Elm və Texnologiyalar Parkının rəhbəri Əli Azərpeyvənd işdən qovulub.

O, hakimiyyətə qarşı tənqidi fikirlər söylədiyinə və bunun sosial mediada yayılmasından sonra vəzifəsindən çıxarılıb.

Tənqidi fikirləri ilə gündəmə gələn azərbaycanlı müdürün işdən çıxarılması barədə İbrahim Rəisi, elm, tədqiqat və texnologiya naziri Məhəmmədəli Gülün sərəncamına baxmayaraq əyalət əhalisi və bir sıra məsullar buna qarşı çıxmışdılar.

Fevralın 20-də bu barədə məlumat verən mənbə zənganlı alimin hakimiyyətin etirazçılara qarşı repressiyalarını pislədiyinə görə işdən qovulduğunu bildirib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK