İran məhkəməsi qaşqay fəala ağır həbs cəzası verdiGüney

by Samir Asadli

20 noyabr İsfahanda keçirilən etiraz aksiyasında təhlükəsizlik məmurları tərəfindən saxlanılan qaşqay fəal Salar Nəreyi Dərəşuri ağır həbs cəzasına məhkum edilib.

Ağır işgəncə edildiyi üçün bir gözünün görmə qabiliyyətinin itirildiyi deyilən fəal 5 il azadlıqdan məhrum edilib.

Onun vəkillə təmin olunmasına, ailəsi ilə görüşü və telefon əlaqəsinə icazə verilmədiyi bildirilir.

İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars, Xuzistan və Buşehr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

Saylarının ortalama 3 milyon olduğu bildirilən qaşqayların bir qismi yüksək dağlıq ərazilərdə yaşayırlar və daha çox maldarlıq və toxuculuqla məşğul olurlar.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK