İran mediasından Fəridin həbsinə gülünc reaksiya

by Samir Asadli

İran mediası Almaniyada təhsil alan Azərbaycan vətəndaşı Fərid Səfərlinin həbsini “uğurlu əməliyyat” adlandırıb.

SEPAH-a tabe Teleqram kanalları da hadisəni İranın uğuru kimi gündəmdə saxlayır:

“Azərbaycan casusu Fərid Səfərli tələbə adı altında İrana casusluq etmək məqsədilə gəlib. İran Azərbaycanda həbs olunan günahsız insanların həbsinə təmkinlə yanaşaraq, Bakının daha əhəmiyyətli agentini ələ keçirməyə nail oldu”, – iddia edilib.

Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli fevralın 20-də İrana səfər edib. Lakin martın 4-dən etubarən tələbədən xəbər alınmayıb və Xarici İşlər Nazirliyinə martın 9-u müraciət edilib. İran tərəfi əvvəl bu barədə açıqlama verməsə də, 1 iyunda gənc tələbənin İranın Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanıldığı elan edib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK