İran qəzetində Azərbaycan dili təhqir edildi

by Samir Asadli
İranın “Sazəndegi” qəzetində Azərbaycan xalqı və onun dili təhqir edilib.
Bakupost.az “Azad İran”a istinadla xəbər verir ki, “Şahnamə” alimi” kimi tanınan Cavad Rəncbər Derəxşilər adlı yazıçının məqaləsində Türk Dili Akademiyasının yaradılması pislənilir.
Müəllif qeyd edir ki, ara-sıra Türk Dili Akademiyasının yaradılmasından söhbət açılır:
“Bu, iransevərləri narahat edir və bəzi anti-İran dairələr bunu alqışlayır”.
Faşist düşüncəli müəllif dəfələrlə türk dilinin yerli dil olduğunu bildirir və dilimizi aşağılayaraq yazır:
“Milli fars dilli İran xalqının içərisində yerli dillərdən biri olan türk dili üçün siyasi qurumun yaradılması hansı məna kəsb edə bilər?”
Paniranist müəllif Türk Dili Akademiyasını qurmaq istəyənləri təhqir edərək, onları “cahil” adlandırıb:
“Türk Dili Akademiyasının yaradılmasının heç bir intellektual, tarixi və siyasi əsası yoxdur. Bu qurumun vəzifələri haqqında deyilənlərin hamısı qeyri-mötəbərdir, məlumatsızlıqdan və ya eqoizmdən irəli gəlir”.
Xatırladaq ki, İranın “Sazəndegi” qəzeti sabiq prezident Haşimi Rəfsəncaninin ideyalarının davamçısıdır. Qəzet bundan öncə də bir neçə məqaləsində Azərbaycan xalqını, Türkiyə və Azərbaycan prezidentlərini təhqir etmişdi.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK