“İran rejimi şagirdləri qəsdən zəhərləyir”-Nərgiz Məhəmmədi

by Samir Asadli

Güney azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi qızların oxuduğu məktəblərdə kütləvi zəhərlənmələrə görə İran hakimiyyətini ittiham edib.

Hazırda Tehranın Evin həbsxanasında uzun illik məhkumluq dövrünü yaşayan siyasi məhbus bu barədə bəyanat yayıb.

“Qadın və qızlar etiraz aksiyalarında fəal iştirak etdiyinə görə, İran hökuməti onlardan qısas alır və onların təhsildən uzaqlaşdırılmasına çalışır”,- N.Məhəmmədi bildirib.

O, İran hakimiyyəti ilə Taliban hökumətinin qadınlara qarşı mövqelərinin eyni olduğunu deyib.

“Hər ikisi də mahiyyətcə eynidir. Sadəcə Taliban qadınlara qarşı mövqeini tribunalardan bəyan edir, İran hökuməti isə bunu məkirli siyasətlərlə həyata keçirir”,- 10 il 8 ay həbs cəzasına məhkum edilən siyasi məhbus bildirib.

Qeyd edək ki, İranda qız məktəblərində şagirdlərin zəhərlənməsi ilk dəfə 2022-ci il noyabrın ayında Qum şəhərində qeydə alınıb.

Bu günə kimi 28 əyalətin 100-dən çox şəhərinin 300-ə yaxın məktəbində təxminən 7 mindən çox qız şagird zəhərlənib.

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK