Əlbürz Əyalətinin ativistləri bəyanat nəşr eədərk İran hakimiyyətinin Azərbaycan Respublikasına təzyiq və müdaxilə cəhdini qınayıb.
“İranda yaşan xalqların əksəriyyəti hakimiyyətin Suriyada, İraqda, indi isə Azərbaycan Respublikasına hərbi müdaxiləsi ilə razılaşmır. Xalq bu müdaxilələrə sərf olunan vəsaitin vətəndaşların məişət ehtiyaclarının təmini məqsədi ilə ölkənin sənaye sektoruna yönəldilməsini tələb edir. Xalq ölkənin şimali və qərb qonşularında təxribat məqsədi ilə İran hakimiyyətinin vəsait sərf etdiyini qınayır.” bəyanatın davamında deyilr.
Bəyanatda həmçinin İranın işğalçı Ermənistanı dəstəkləməsi qınanılıb.
“Azərbaycan Respublikasının torpaqlarını işğal etmiş Ermənistana hakimiyyət tərəfidən dəstək verilməsi işğalçı dövləti dəstəkləmək hesab olunur və etika baxımdan da qəbul olunmazıdr.
Belə ki, Azərbaycan Respublikası müsəlman qonşudur və Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar İranda yaşayan 10 milyonlarla azərbaycanlının qanqardaşları hesab olunur.”-deyə İranın Azərbaycanla sərhədlərə hərbi texnika yeritməsi və Ermənistanı dəstəkləməsi qınanılıb.
Qeyd edək ki, Əlbürz Əyaləti mərkəzi Kərəc şəhəri olmaqla əhalisinin əksəriyyəti Güny Azərbaycan və İran türkləridir.