İranda Azərbaycan əleyhinə kitab buraxıldı

by Samir Asadli

İranın Qum şəhərindəki dini mərkəzlərə bağlı “Həcər” nəşriyyatı Azərbaycan əleyhinə ideoloji təbliğatı artırıb.

Kult.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Nərcis Xatun Məhəmmədinin yazdığı “Azərbaycan Respublikasının şiə qadınları” adlı kitab Qum şəhərinin İlahiyyat Seminariyası İdarəetmə Mərkəzinin qadınlar bölməsi tərəfindən nəşr edilib.

Kitabda “Türkmənçay” və “Gülüstan” müqavilələrinə toxunulub, bu müqavilədən sonra Azərbaycan Respublikasında qadınların köləyə çevrildiyi iddia edilib.

Adıçəkilən kitab hazırda İranda ortalama qiymətdən çox aşağı qiymətə satılır. Fars dilində buraxılan kitabın Azərbaycan dilinə tərcümə olunaraq, latın və kiril əlifbalarında nəşr olunacağı bildirilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK