İranda Azərbaycan musiqisi və milli geyiminə görə restorana xəbərdarlıq edildi

by Samir Asadli

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu (Urmiya) şəhərində tanınmış restoranlardan birinə Azərbaycan musiqisi və Azərbaycan milli geyiminə görə xəbərdarlıq edilib.

İctimai yerlərə Nəzarət İdarəsinin göndərdiyi xəbərdarlıq vərəqəsində Azərbaycan milli geyiminin hicab qaydalarına uyğun olmadığı bildirilib.

Restoran sahibinə edilən xəbərdarlıqda milli geyimlərin yığışdırılması tapşırılır.

Həmçinin bildirilib ki, Azərbaycan musiqisi səsləndirilməməlidir. Əks halda iş lisenziyasının ləğv ediləcəyi qeyd edilib.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan musiqisi səsləndirildiyi və Azərbaycan milli rəqsi ifa edildiyi üçün Urmunun “Şəms” salonunda səhnəyə çıxarılan “Şəhriyar” tamaşası yarımçıq yığışdırılıb.

Tamaşanın ssenari müllifi və rejissoru Vəli Lütfduxtun isə fəaliyyətinə müddətli qadağa qoyulub.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK