İranda azadlığa çıxan şəxslər yenidən həbs olundu – Təzyiqlər artır

by Samir Asadli
Amerikanın Dini Azadlıq Komissiyası İranda bəhailərə qarşı davam edən təzyiqlərlə bağlı yeni bəyanat yayıb.
Bakupost.az bildirir ki, bu haqda “Azad İran” Teleqram kanalı məlumat verib.
Bəyanatda 69 yaşlı Məhvəş Sabit və 70 yaşlı Fəriba Kamalabadiyə ikinci dəfə olaraq daha 10 il həbs cəzasının verilməsi şiddətlə pislənib.
Adı çəkilən şəxslər bundan öncə ictimai fəaliyyətləri və dini mərasimlər keçirdikləri səbəbilə mühakimə olunaraq 2008-2018 illəri arası 10 il müddətində həbs olunub.
Məhvəş Sabit və Fəriba Kamalabadi bir neçə gün əvvəl yenidən həbs edilərək mühakimə olunub və hər biri 10 il azadlıqdan məhrum ediliblər.
Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikası bəhai dinini müstəqil bir din kimi tanımır.
İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən, bəhai təriqətinə mənsub vətəndaşlar İranda vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar. İranda bəhailərin iş yerləri qapadılır, ibtidai məktəbdən ali təhsilə qədər təhsil hüququndan məhrum edilirlər, qəbiristanlıqları, müqəddəs yerləri dağıdılır və başqa sosial məhdudiyyətlərlə üzləşirlər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK