Yanvarın 11-də jurnalist və tələbə hərəkatı fəalı Nəsim Sultanbeygi həbs edilib.
Onun həbs səbəbi və hara aparıldığı barədə məlumat verilmir.
Qeyd edək ki, İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda davam edən etiraz aksiyaları zamanı 73 jurnalist həbs edilib.
Həbs edilən media işçilərinin 38-i jurnalist, 25-i əyalət müxbirləri və 10 nəfəri isə fotojurnalistlərdir.
Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən “Şərq” qəzetinin əməkdaşlarının da adı var.
Onların bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsalar da 30 jurnalist həbsdə saxlanılır.