İranda geyim tərzi barədə yeni sənəd təsdiqləndi

by Samir Asadli

İran Ali Mədəni İnqilab Şurası aprelin 16-da keçirdiyi iclasda “İslam-İran geyim tərzi” adlı milli sənədi təsdiq edib.

Axar.az xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.

Qərara alınıb ki, iffət və hicab sahəsində məsul qurumlar Mədəni İnqilab Ali Şurasının səlahiyyətlərinə aid olan icra və mədəni proqramlarını gələn həftəyə qədər bu şuranın katibliyinə təqdim etsinlər.

Yeni sənəd ölkədə məcburi hicab qaydaları və geyim tərzi barədə məhdudiyyətlərin daha da sərtləşdirilməsinə yönəlib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK