Yanvarın 24-də Qərbi Azərbaycan əyalətinin Xana (Piranşəhr) şəhərində iki sünni din xadimi həbs edilib.
Onların həbs səbəbləri və nədə ittiham olunduqları barədə açıqlama verilməyib.
Qeyd edək ki, İran əhalisinin təxminən 10 faizi sünni məzhəbli müsəlmanlardır və onlar bütün sahələrdə Tehran hökumətinin ayrı-seçkiliyi ilə üzləşirlər.