İranda ilk olaraq böyük şair Əmir Əlişir Nəvainin 4 cilddən ibarət Xəzain-ül-Maanı şerlər toplusu çap olunub.
“Əmir Əlişir Nəvainin əsərlərini 2012-ci ildə tanımışam. Nəvainin 4 cildlik türkcə şerlər toplusunun olduğunu bildikdən sonra onun 2900 qəzəlini müasir və anlaşılan Azərbaycan türkcəsinə çevirmişəm.
Nəvainin birlikdə “Xəzain-ül-Maanı” adı ilə tanınan 4 cildlik şerlər toplusu var. Onlar “Qəraib-ül-Siğr”, “Nəvadir-ül-Şəbab”, “Bədayi-ül-Vəsət” və “Fəvaid-ül-Kibr” adlanır.” -deyə Rəzmi vurğulayıb.
Qeyd edək ki, Əmir Əlişir Nəvai türk etnosu tarixində ədəbiyyat üzrə böyük şəxsiyyət hesab olunur. Nəvai 30 əsər yaradıcısı olaraq 28 əsərini türkcə yazıb.
Mir Nizaməddin Əlişir Nəvai Teymurilər çağında məşhur şair, alim və siyasətçi olub. O, 844-cü hicri-qəməri ilində Heratda doğulub. 906-cı hicri-qəməridə vəfat edib.