İran məhkəməsi tanınmış kino rejissoru və prodüsseri Mənijə Hikmətin fəaliyyətinə, onun başqa qurumlarda işə götürülməsinə və ölkədən çıxışına qadağa qoyub.
Onun etiraz aksiyalarında həbs edilənlərin hüquqlarını müdafiə etdiyi üçün cəzalandırıldığı bildirilir.
Mənijə Hikmət bundan öncə bir neçə dəfə təhlükəsizlik əməkdaşları tərəfindən dindirilib və təzyiqlərə məruz qalıb.