İranın Hormozqan əyalətinin mərkəzi Bəndərabbas şəhərindən daha bir neçə tələbələrin təhsilinə qadağa qoyulub.
Onlardan bir neçəsinin təhsilini davam etməsi qadağan edilib, bəzilərinin isə başqa şəhərlərə sürgün edilməsi və təhsillərini fərqli şərtlər altında davam etdirmələri barədə qərar çıxarılıb.
İki gün bundan əvvəl İran Tələbə Həmkarlar İttifaqı Şuralarının yaydığı məlumatda daha iki müəllimin və 16 tələbənin universitetdən qovulması bildirilib.
Məlumatda qeyd edilib ki, Zabol Universitetinin tələbə və müəllimləri etiraz aksiyalarında iştirak etdikləri üçün Universitetdən qovulublar.
Qeyd edək ki, son aylar etiraz aksiyalarında iştirak edən 720 tələbə həbs edilib, ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb və onların bir çoxuna qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.