İranda onlarla etnik bəluç həbs edilib

by Samir Asadli

Yanvarın 27-i günortadan sonra İranın sünni məzhəbli etnik bəluçların kompakt yaşadığı Sistan və Bəluçistan əyalətində onlarla etirazçı həbs edilib.

Bu barədə məlumat yayan bəluç fəallar saxlanılanlar arasında çox sayda yeniyetmənin olduğunu bildirirlər.

Onlar mülki geyimli təhlükəsizlik məmurlarının etirazçılara qarşı amansız davrandığını, xüsusilə Zahidan şəhərində həbs edilənlərin ağır föyüldüklərini yazıblar.

Qeyd edək ki, yanvarın 27-i günorta cümə namazından sonra
Zahidan, Rask və Dezab şəhərlərinin küçələrinə axışan bəluclar hökumət əleyhinə şüarlar səsləndiriblər.

Bəlucların nüfuzlu din xadimi Mövləvi Əbdülhəmidə qarşı təzyiqləri pisləyən etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma olub.

Dezab şəhərində sünni din xadiminin evinin mühasirəyə alındığı və etirazçılara atəş açıldığı, bir neçə nəfərin güllə yarası aldığı bildirilir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK