Qaşqay Yurdun mərkəzi Firuzabad şəhərində ümumi məkanlarda qaşqay milli geyiminə qadağa qoyulub.
Qaşqaylar habelə İsfahan, Çahar-Mahal və Bəxtiyari əyalətlərində öz tarixi dədə-baba torpaqlarında yaşayır.
Firuzabad şəhərinin əhalisi tamamilə qaşqay türkləridir.
Firuzabad rayonu Nəzarət Komissiyasının sədri Səid Cokar iş yerlərinə, əyləncə-turizm mərkəzlərinə, restoranlara və sair iaşə müəssisələrinə təlimat göndərib.
02.07.2023-cü il tarixli, 528049 nömrəli təlimatda deyilir: “İş Məkanlarına Nəzarət Komissiyasının qərara aldığı 20.06.2023-cü il tarixli protokolunun 9-cu bəndinə əsasən ofisant, qapıçı, avtomobil dayanacağı operatoru kimi və ya hər hansı fəaliyyət və əmtəə satışı üzrə etnik geyimləri, o cümlədən türk, lor, kürd, bəluç və sair bu kimi milli geyimlərdən istifadə qadağandır”.
Təlimatda guya əski çağlardan etniklərin qalan bu milli geyimlərin “onların şan-şöhrətlərinə xələl gətirdiyi” bildirilir.
Qeyd olunub ki, buna riayət etməyən iş yerləri isə İş Məkanları Sistemi Qanununun 27 və 28-ci maddələrinə əsasən möhürlənəcək.
Qeyd edək ki, etniklərin kimliyini ifadə edən hər hansı atribut, o cümlədən milli geyimlər fars şovnizminin asimilyasiya siyasətinə zidd olduğu üçün İranın rasist hakimiyyəti onlara qadağa qoyub.
Molla rejimi bununla qeyri-fars millətlərinə qarşı asimilyasiya siyasətini davam etdirir.
İran rejimi özəlliklə GüneyAzərbaycan və İran türklərinə qarşı genişmiqyaslı asimilyasiya siyasəti aparır.