İranda hökm sürən quraqlığın qarşıdakı aylarda daha da kəskinləşəcəyi barədə müxtəlif səviyyələrdə xəbərdarlıq edilib.
Bu barədə yerli media məlumat yayıb.
Meteorologiya Təşkilatının Milli İqlim və Quraqlıq Böhranının İdarə Edilməsi Mərkəzinin rəhbəri Əhməd Vəzifə isə problemin qorxulu səviyyəyə çatacağını deyib.
“Qarşıdakı yay aylarında daha şiddətli quraqlıq və susuzluqla üzləşəcəyik. Demək olar ki, ölkənin yüksəkliklərinin çoxunda qar yoxdur, bu isə çayların quruması ilə nəticələnə bilər”,- o, xəbərdarlıq edib.