Sistan və Bəlucistan əyalətinin sünni məzhəbli nüfuzlu din xadimi və Zahidan şəhərinin cümə imamı Moləvi Əbdülhəmidin ölkədən çıxışına qadağa qoyulub.
Məlumatda İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) cümə imamının həcc ziyarətinə getməsinin qarşısını aldığı bildirilib.
Qeyd edək ki, İranda ötən ilin sentyabr ayından başlayan etiraz aksiyalarından bu günə kimi Moləvi Əbdülhəmid İran hakimiyyətini dəfələrlə sərt tənqid edib.