Tehran şəhərinin İnqilab Məhkəməsinin 26-cı bölməsi jurnalist Məryəm Vəhidiyan barəsində 4 il azadlıqdan məhrum etmə qərarı çıxarıb.
Məryəm Vəhdiyana qarşı “ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq üçün toplaşmaq və əlbir olmaq” ittihamı irəli sürülüb.
Sərhədsiz Reportyorlar təşkilatı mayın 3-də Ümumdünya Media Azadlığı Günü ilə eyni vaxtda 2023-cü ildə media azadlığına dair yeni hesabatını yayıb.
Hesabatda qeyd edilib ki, İran media azadlığı göstəricilərinə görə, reytinq cədvəlində 180 ölkə arasında Vyetnam, Şimali Koreya və Çindən sonra 177-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, son 8 ay ərzində İranda 70 jurnalist həbs edilib və onlarla jurnalist isə təhlükəsizlik və prokurorluq orqanlarına çağırılaraq dindirilib.