İranda tanınmış sünni ağsaqqal öldürüldü-Kütləvi nümayişlərə çağırış edildi

by Samir Asadli

İranın sünni məzhəbli etnik bəluçların kompakt yaşadığı Sistan və Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində tanınmış ağsaqqallardan olan Hacı Xudarəhim Mənduzehi hökumət məmurları tərəfindən öldürülüb.

Bəluç fəalların verdiyi məlumata görə, yanvarın 27-i gecə saatlarında mülki geyimli təhlükəsizlik məmurları tərəfindən güllələnib.

Bu hadisə etnik bəliçlar arasında geniş əks-səda doğurub və Tehran rejiminə qarşı kütləvi aksiyalara çağırışlar edilib.

Qeyd edək ki, bundan öncə noyabrın 24-də Sistan və Bəluçistanda Amanullah Baczehi adlı ağsaqqalın öldürülməsindən sonra geniş etiraz nümayişləri keçirilmişdi.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK