İranın Kirman şəhərində girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılan vəkil Məryəm Arvin vəfat edib. Bu barədə Kirman əyalətinin Vəkillər Birliyi məlumat yayıb.
İnsan haqları müdafiəçiləri isə Məryəm Arvinə həbsxanada işgəncə edildiyini, ağır fiziki və psixi təzyiqlərə məruz qaldığını bildiriblər.
Məsələ ilə bağlı İranın məhkəmə orqanları və əlaqədar dövlət qurumları tərəfindən heç bir açıqlama verilməyib.